Ermənistanın regionları boşalır: Ermənilər ən çox Zəngəzurdan qaçır

Ermənistanın regionlarında yaşayan əhali sürətlə azalmağa davam edir.
“Minval.info” xəbər verir ki, Erməni mənbələrində qeyd olunan 1 iyul 2021-ci il tarixinə aid statistik məlumatları əsasında bəlli olur ki, əhalinin sayında ən çox azalma Zəngəzurda qeydə alınıb.
Belə ki, Zəngəzurda əhalinin sayı cari ilin birinci yarısında təxminən 700 nəfər azalıb. Zəngəzurun inzibati mərkəzi sayılan Qafanda sözügedən rəqəm 400 nəfərə bərabər olub.
Göstərilən rəqəmlər onsuz da əhalisinin ümumi sayı üç milyona çatmayan Ermənistan üçün olduqca təhlükəli həddədir. Belə ki, Zəngəzur vilayəti üçün bu göstərici təxminən əhalinin 0,5 faizindən çoxunu təşkil edir.
Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətində də analoji vəziyyət hökm sürür. Burada cari ilin birinci yarısında əhalinin sayı 600 nəfər azalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın iki hissəyə bölünməsindən 190 il ötdü - Müqavilə mətni
Qonşu ölkədə qəpikləri yığışdırırlar
Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlar başlayır
İki azərbaycanlı Rusiyada həbs olundu
Gürcüstanda “Omicron”a yoluxanların sayı 500-ü keçdi
Türk ordusuna hücum: 1 şəhid, 2 yaralı