Ermənistanın keçmiş müdafiə naziri həbs olundu

İrəvanın ümumi yurisdiksiya məhkəməsi keçmiş müdafiə naziri David Tonoyanın həbsinə dair qərar verib.
Məhkəmə keçmiş nazirin iki aylıq həbsinə qərar verib.
Qeyd edək ki, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi üzrə saxlanılmışdılar.
D.Tonoyan prezident Armen Sarkisyanın sərəncamı ilə 2020-ci il noyabrın 20-də müdafiə naziri vəzifəsindən azad edilib.
Xatırladaq ki, D.Tonayan İkinci Qarabağ müharibəsi zaman Ermənistanın müdafiə naziri olub. 2020-ci il noyabrın 10-da atəşkəs haqqında bəyanat imzalandıqdan bir müddət sonra vəzifəsindən uzaqlaşdırılıb.
Mənbə: “Sputnik” Ermənistan
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nikol Paşinyan Dağlıq Qarabağa gəlib
Türkiyədə son sutkada koronavirusdan 27 949 nəfər sağalıb
Təbrizdə “Qarabağ bizimdir” şüarları - FOTO-VİDEO
Ərdoğan: "ABŞ-ın ədalətinə nə inanır, nə də hörmət edirəm"
Robert Koçaryan özünü siyasi məhbus adlandırıb