Ermənistanda Paşinyanın istefası tələbi ilə etirazlar başladı - Video

Ermənistanın paytaxtı İrəvanda Respublika Meydanına toplaşan 500-ə yaxın vətəndaş Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.
Minval.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, əraziyə çox sayda hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Etirazçılardan biri etiraz əlaməti olaraq paltosunu yandıraraq, hökumət binası istiqamətinə atıb. Buna görə də polis onu həbs edib.
“Newspress.am” saytının təsisçisi-direktoru Ariana Hovsepyan özünün Feysbukdakı canlı yayımında insanların sayının artdığını, lakin bu rəqəmin hakimiyyəti qovmaq üçün çox az olduğunu bildirib.
O, özünü erməni hesab edən, ölkənin və övladlarının gələcəyindən narahat olan hər kəsi onlara qoşulmağa çağırıb. “Meydana gəlin, getməyəcəyik”, – deyə çağırış edib.
https://youtu.be/6IWsXjsFLxY
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə antiterror əməliyyatının yeni mərhələsi başlayıb
Türkiyədə son sutkada koronavirusdan 26 539 nəfər sağalıb
Cəbhədə yaralanmış erməni hərbçilər ağır vəziyyətdədir - FOTO
Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub
İstanbulda hərbi helikopter qəzaya uğradı
Prezident Gürcüstanın baş naziri ilə görüşdü