Ermənistanda humanitar faciə yaranıb - Prezident açıqladı
Ermənistan prezidenti Armen Sarkisyan ölkədə ağır iqtisadi vəziyyətin olduğunu etiraf edib.
Bu barədə “İnterfaks” xəbər yayıb.
“Yaralı iqtisadiyyat böyük sosial problemlərlə yüklənib”, – deyə prezident qeyd edib.
Armen Sarkisyan bildirib ki, Dağlıq Qarabağdan Ermənistana köçənlərin böyük axını nəticəsində ölkədə humanitar faciə baş verib. Koronavirus pandemiyası ilə bağlı ağır vəziyyət paralellik təşkil edir.
Ermənistan prezidenti həmçinin əlavə edib ki, müharibəni uduzmaq olar, amma millət kimi uduzmaq yolverilməzdir.
A.Sarkisyan eləcə də xüsusən ölkənin hüquq-mühafizə sistemini qanun çərçivəsində hərəkət etməyə çağırdı.
“Hüquq-mühafizə orqanlarına müraciət edirəm – bu gün sizin qarşınızda ölkədə asayişi təmin etmək, güclü, qətiyyətli olmaq kimi böyük məsuliyyət dayanır. Qanundan və qanunilikdən hər hansı sapma, hər hansı pozuntu qəbuledilməz və bağışlanılmazdır. Sizi qanuna riayət etməyə və qanuniliyi qorumağa çağırıram”, – o deyib. (Report.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir