07.09.2021 - 10:48
Region 2 baxış

Ermənistanda əhalinin artımı iki ildə üç dəfəyə yaxın azalıb

2021-ci ilin yanvar-iyul aylarında Ermənistanda əhalinin təbii artımı cəmi 1 252 nəfər təşkil edib.

Minval.info-nun erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin Milli Statistika Xidmətinin hesabatında deyilir.

Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə azdır. Eyni zamanda 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə Ermənistanda təbii artım 2,9 dəfə azalıb.

Qeyd olunur ki, 2018-2021-ci illər arasında 103,6 nəfər Rusiya vətəndaşlığını qəbul edib. Bunun 21,9 min nəfəri və ya ümumi göstəricinin 21 faizi bu ilin payına düşüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: