Ermənistanda analar əsgərlərin Dağlıq Qarabağa göndərilməsinə qarşı etiraz aksiyası keçiriblər
Ermənistanın Meğri rayonundakı hərbi hissədə baş verən bir insident ictimaiyyətin diqqətini cəlb edib.
“Yerevan Today” saytının məlumatına görə, martın 17-də yüzə yaxın əsgər zabitlərin özbaşınalığına etiraz əlaməti olaraq, xidmət etdikləri hərbi hissəni tərk etmək istəyib.
Alay komandiri onları birtəhər yolda saxlayaraq, xidmətə geri qaytarmağa nail ola bilib.
Lakin həmin axşam hadisə zamanı xüsusi fəallıq göstərən 20 hərbi qulluqçu avtobusla öncə Qafanın hərbi polisinə, oradan isə Xankəndinə göndərilib. Bu zaman əsgərlərin hərbi formaları zorla əyinlərindən çıxarılıb və telefonları əllərindən alınıb.
Bununla əlaqədar hərbi qulluqçuların anaları İrəvanda hökumət evinin qarşısında etiraz aksiyası keçiriblər.
Onların sözlərinə görə, bütün hadisə Qasparyan adlı zabitin ucbatından baş verib. Belə ki, gördüyü əziyyətdən təngə gələn əsgərlərdən biri ona yaxınlaşıb və başqa bölməyə keçirilməsini istəyib. Zabit isə cavabında ona əl qaldırıb. Münaqişənin də buradan doğduğu iddia edilir.
Ermənistan Müdafiə Nazirliyinin sözcüsü Artsrun Ovannisyan isə kiçik qiyama görə həm əsgərlərin, həm də zabitlərin cəzalandırılacağını bildirib.
O, “bir neçə intizamsız əsgərin 90-cı illərin qayda-qanunlarını tətbiq edərək ayrı qidalanmaq, xüsusi yerlərdə yatmaq kimi özləri üçün xüsusi imtyazlar əldə etmək istədiklərini, üstəlik, başqalarını da qiyama təhrik etdiklərini” söyləyib.
Ermənistanın “Həqiqət uğrunda jurnalistlər” hüquq təşkilatının rəhbəri Janna Aleksanyan isə zabitlərin əsgərlərlə təhqiramiz davranması ucbatından bu tip insidentlərin baş verdiyini deyib və Artsrun Ovannisyanı bütün günahı əsgərlərin üzərinə yıxmasına görə sərt tənqid edib.
ƏLAQƏLİ
Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib
“Helsinki vətəndaş assambleyası” təşkilatının sədri Artur Sakunts isə məsələ ilə əlaqədar komissiyanın yaradılmalı olduğunu bildirib. O, hər hadisəyə görə əsgərlərin Qarabağa sürgün olunmasını doğru saymadığını, bütün bunların ordudakı mənfi gerçəklikləri gizlətmək üçün həyata keçirildiyini vurğulayıb.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı