Ermənistan seçim qarşısında: Aİ, yoxsa Aİİ – Referendum olsa, kim qalib gələr?
Ermənistanın Baş naziri Nikol Paşinyan, seçkilərdə qələbəsindən sonra ölkəsinin Avropa İttifaqına (Aİ) doğru irəliləyəcəyini daha böyük əminliklə bəyan etməyə başlayıb. Bu istiqamətdəki mövqeyinə Rusiyanın İrəvan qarşısında Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq, yoxsa Aİ-yə inteqrasiya yolunu seçməklə bağlı mövqeyini dəqiqləşdirməsi tələbi də təsir göstərib.
Minval.info xəbər verir ki, Paşinyan konkret vaxt açıqlamasa da, yaxın gələcəkdə bu məsələ ilə bağlı referenduma gedilə biləcəyini bəyan edib. Ermənistanda Aİ-yə inteqrasiya ilə Aİİ-də qalmaq arasında seçimlə bağlı referendum keçirilsə, nəticə necə ola bilər? Erməni seçicisinin üstünlük verəcəyi istiqamət hansıdır?
Politoloq Zərdüşt Əlizadə hesab edir ki, hazırda Aİ Ermənistanı üzvlüyə qəbul etməyə hazır deyil. O, bildirib ki, hazırda bu qurumun özü dərin siyasi-iqtisadi böhran keçirir və beş ildən sonra Aİ-nin mövcud olub-olmayacağı belə məlum deyil. Keçmiş sosialist məkanı ölkələrinin bəzilərinin Aİ-yə qoşulması onlara xeyir gətirib, lakin əksər Şərqi Avropa ölkələri Aİ-yə üzv olmaqla dərin tənəzzülə uğrayıblar.
ƏLAQƏLİ
Putin Britaniyanı hədələdi: "Ukraynadakı bütün hərbi obyektlər qanuni hədəfimizdir"
Z.Əlizadənin fikrincə, belə bir vəziyyətdə Paşinyanın Ermənistanı Aİ-yə yaxınlaşdırmaq cəhdi daxili siyasi məqsədlərlə bağlıdır. O, qeyd edir ki, İrəvan Aİ-yə qoşulmaq üçün əvvəlcə Türkiyə ilə münasibətləri tənzimləməlidir, çünki Avropaya gedən yol Türkiyədən keçir.
Ermənistan əhalisinin Aİ-yə inteqrasiyaya, yoxsa Aİİ-də qalmağa üstünlük verəcəyinə gəldikdə isə politoloq hesab edir ki, referendum yaxın zamanda keçirilsə, Aİ tərəfdarları üstünlük qazana bilər. Çünki ermənilər arasında elə təsəvvür yaranıb ki, Aİ-yə qoşulmaqla hər şey əla olacaq. Lakin bu, ümumi siyasi cəhalətdən irəli gələn yanlış təsəvvürlərdən biridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR
Rusiyada yeni səfərbərlik şayiələri təkzib edildi
İran ABŞ-yə qarşı hərbi cavab verəcək!