Ermənistan saxta şirkətlər yaradaraq, silah əldə edir
Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Serbiyanın Ermənistana silah satması məsələsinə münasibət bildirib.
Oxu.Az-ın xəbərinə görə, H.Hacıyev Tovuz hadisələrində həsr olunan mətbuat konfransında deyib ki, Ermənistana silah satışı ilə bağlı Serbiya tərəfi məsələni araşdırır.
O bildirib ki, Serbiya Azərbaycanın müraciətinə cavab verəcək.
Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan aldıqları silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir:
“Ermənistanın rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır. Daha sonra ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır. Bu silahların terrorçuların əlinə keçməsi faktları da var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir