Ermənistan ordusunun iki hərbçisi həbs olundu
Ermənistan ordusunun iki hərbçisi həbs olunub.
“Minval.info” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş prokurorunun müşaviri Qor Abramyan öz rəsmi feysbuk hesabında paylaşıb.
Sözügedən şəxslər Ermənistanda müqavilə əsasında xidmət aparan 1992-ci il təvəllüdlü hərbçi Gevork Avetyanın ölməsi ilə bağlı başladılan cinayət işi çərçivəsində həbs olunublar və həmin şəxsin xidmət yoldaşı olublar.
Saxlanılan şəxslər Avetyanı döyməkdə və zorakılıq yolu ilə intihar həddinə çatdırmaqda ittiham olunurlar.
Ermənistan Müdafiə Nazirliyi noyabrın 15-i Çambarak adlı ərazidə insident baş verdiyini təsdiq edib. İlkin məlumata görə, Gevork Avetyan silahla davranış qaydalarını pozduğundan yaralanıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada seçkilərin sonuncu günüdür
Ərdoğan: “Rusiyanın qərarı qəbuledilməzdir”
Türkiyə parlamentində dava olub
Türkiyədə son sutkada koronavirusdan 26 052 nəfər sağalıb
Türkiyədə son sutkada koronavirusdan 25 616 nəfər sağalıb
Gürcüstanda koronavirusdan ölənlərin sayı 8 900-ü keçib
Azərbaycanlı əsgəri döyən gürcüstanlı hərbçilər saxlanıldı — VİDEO