Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanı ələ salır
Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı həqiqəti əks etdirməyən və yalan bəyanatlar səsləndirməyə davam edir.
Analitik Ehtiram Aşırlı AZƏRTAC-a bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın öz “facebook” səhifəsindən etdiyi açıqlamasına görə, guya Azərbaycan Silahlı Qüvvələri Tavşanlı rayonunun Koti kəndini atəşə tutaraq 60 yaşlı yerli sakini yaralayıb. Lakin Nikol Paşinyanın səsləndirdiyi digər bəyanatlar kimi, bu bəyanat da həqiqətləri əks etdirmir. Bu zaman sual olunur: Niyə N.Paşinyan yalan bəyanatlar səsləndirməyə davam edir? Çünki N.Paşinyan bu cür bəyanatlarla çıxış etməklə xalqının diqqətini yayındırmağa, xüsusilə də bu yolla öz hakimiyyətini qoruyub saxlamağa çalışır. Bəs Ermənistan baş nazirini bunu etməyə vadar edən səbəb nədir? Buna səbəb Paşinyanın öz siyasi bacarıqsızlığını və həyata keçirdiyi uğursuz siyasəti ört-basdır etməyə çalışmasıdır. Bu da Nikol Paşinyanın siyasi səriştəsizliyindən xəbər verir.
ƏLAQƏLİ
Putin Britaniyanı hədələdi: "Ukraynadakı bütün hərbi obyektlər qanuni hədəfimizdir"
“Digər tərəfdən, bir məqamı da diqqətinizə çatdırmaq istərdim ki, erməni KİV-lərində çıxan xəbərləri yaxından izləsəniz görərsiniz ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra bu cür qeyri-dəqiq məlumatlar daha geniş yayılmağa başlayıb. Görünür, Ermənistan Müdafiə Nazirliyi təmas xəttində baş verən proseslərlə bağlı N.Paşinyana yalan məlumatlar verməklə onu ələ salırlar. Bir sözlə, Ermənistanın dövlət qurumları öz fəaliyyətləri barədə yalan məlumatlar verməklə N.Paşinyanı, o isə bu yalanlarla bütün xalqını aldadır. Bundan əlavə, bütün bu faktlar onu sübut edir ki, Ermənistan hökumətində özbaşınalıq hökm sürür” – deyə E.Aşırlı bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR
Rusiyada yeni səfərbərlik şayiələri təkzib edildi
İran ABŞ-yə qarşı hərbi cavab verəcək!
