Ermənistan müdafiə naziri istefa verdi

Ermənistan müdafiə naziri David Tonoyan istefa verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Aravot” nəşri yazıb.
Məlumata görə, Ermənistan hakimiyyəti hazırda Baş nazir Nikol Paşinyanın müşaviri vəzifəsində çalışan Vaqarşak Arutyunyanı müdafiə naziri təyin etmək istəyir.
“Aldığımız məlumata görə, Tonoyanı 1999-2000-ci illərdə müdafiə naziri olmuş, Paşinyanın baş müşaviri Vaqarşak Arutyunyan əvəzləyəcək”,- deyə nəşrin məlumatında bildirilib.
Müdafiə Nazirliyi rəsmi açıqlama yaymayıb.
ƏLAQƏLİ
Türkiyənin müdafiə sənayesindəki hədəfi: 20 milyard dollarlıq yeni müqavilələr
Xatırladaq ki, Qarabağda məğlubiyyətdən sonra Ermənistan Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin rəhbərləri Zohrab Mnatsakanyan və Feliks Tsolakyan artıq istefaya göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib