Ermənilərin Dağlıq Qarabağa köçürüldüyünü sübut edən abidə FOTO
1978-ci ildə Dağlıq Qarabağda yaşayan erməni icması Türkmənçay müqaviləsindən sonra İrandan ilk 200 erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə keçmiş Ağdərə rayonunun Marağa kəndi ərazisində “MARAĞA 150” abidəsi ucaltmışdı.
Bu barədə “Report”a Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından məlumat verilib.
Qeyd olunub ki, sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının kəskinləşməsiylə, abidə ermənilər tərəfindən dağıdılıb:
“Ancaq dağılmağa məruz qalmasına baxmayaraq, abidənin qalıntıları hələ də qalmaqdadır və yeni inzibati ərazi bölgüsünə əsasən, Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində yerləşir. Təmas xəttinə çox yaxın olmasına baxmayaraq, ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir və gedib abidənin qalıqlarını öz gözlərinizlə də görə bilərsiniz”.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir