Ermənilər Milli Qəhrəmanımızın qəbirini dağıdıb, məzar daşını Xankəndi küçələrinə səpdilər - VİDEO
Ermənilər Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını dağıdıb.
Minval.info xəbər verir ki, fakt ermənilər tərəfindən Youtube.com sosial şəbəkəsində paylaşılan videomaterialın yayımı ilə üzə çıxıb. Xatırladaq ki, Ağdam şəhərinin işğalından sonra buradakı bütün qəbirstanlıqlar vandalizmə məruz qalsa da, Allahverdi Bağırovun məzarı onun gənclik dostu, əslən Gəncədən olan Razmik Petrosyan tərəfindən qorunub saxlanırdı. Maraqlı sual ondan ibarətdir ki, Allahverdi Bağırov üçün baş daşı kim tərəfindən və nə vaxt qoyulmuşdu?
Sözügedən videodan görünür ki, ermənilər Azərbaycan Milli Qəhrəmanının məzar daşını Ağdamda yerlə yeksan edilmiş Şəhidlər Xiyabanından Xankəndinə daşıyaraq şəhərin mərkəzi meydanında yüzlərlə şəhər sakininin gözü önündə kuvaldla dağıdırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ