Ermənilər idarə əməkdaşlarını atəşə tutdu - Fotolar
Erməni silahlı bölmələri Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük avtomobilini atəşə tutub.
Minval.info APA-ya istinadən xəbər verir ki, Ağdam rayonunun Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedən işçilər düşmən tərəfindən atəşə məruz qalıb. 02 AC 416 dövlət nömrə nişanlı, “KamAZ 43114” markalı avtomobil güllə-baran edilib.
İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb. Hazırda maşın hadisə yerindən çıxarılır.
İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə yüzlərlə artezian quyusu var. Ermənilər kənd sakinləri ilə yanaşı, ərazidə fəaliyyət göstərən işçiləri də atəşə tuturlar.
Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır: “Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır”.






Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ötən ay daha 26 uşağa Polad adı verilib
Məhkəmə Hüseyn Abdullayevlə bağlı qərar verdi
Yanvarın 29-na olan hava proqnozu açıqlanıb
“Qohum evliliklər uşaqlarda görmə pozğunluğunun sayını artırır”
Rüşvətxor universitet müəlliminin məhkəməsi başladı
Hərarəti olan məhkumlar daxili karantinə götürülüb
Rəşid Mahmudovdan toyda şok sözlər: "Cındır mahnılar oxumayın" - VİDEO