Ermənilər Gürcüstanda iğtişaşlar törədib, 5 bina yandırılıb
Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib.
“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub.
Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıblar. Yandırılan binaların sahibinin gəncin qətli ilə bağlı olduğu bildirilir.
İğtişaşlar zamanı 1 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı barədə məlumatlar yayılıb. Axalakaliyə əlavə polis qüvvələri cəlb olunub.
Samtsxe Cavaxetinin qubernatoru Besik Amiranaşvili Axalkalakidə olub. O, iğtişaşların kriminal insidentlə bağlı olduğunu deyib.
Axalkalaikdə hazırda vəziyyətin gərgin, lakin nəzarət altında olduğu bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrail İranın Suriyadan kənar hədəflərini vurmağa hazırlaşır
"Avqustda bütün dünya Ukraynanın ilk qələbəsini görəcək"
Poroşenkoya yersiz sual verən jurnalist işdən çıxarıldı
ABŞ ilə Çin arasında ciddi böhran - "Müharibəyə hazırıq"
Ukraynada silah anbarında partlayışlar baş verib
Kiyevdən Moskvaya xəbərdarlıq: "Azovdan əl çəkməyəcəyik"
Amerikalı prezident: "Tualet təmizləməkdən vaz keçin, ölkənizə qayıdın"