Erməni terrorçuların yaxınları yolları kəsdi - foto
Aprelin 9-da Ermənistanın Şirak vilayətindən olan sakinlər etiraz aksiyasına başlayıblar. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, sakinlər Gümrü- İrəvan yolunu bağlayıblar. Etirazçıların Aşotsk və Vanadzor magistralını da blokladığı xəbər verilir. “Bizim tələbimiz birdir: yaxınlarımızın geri qaytarılması, başqa tələbimiz yoxdur”,- etirazçılardan biri deyib.
Bununla da onlar Azərbaycanda saxlanılan bir qrup terrorçunun azad olunması üçün hökumətə təzyiq göstərməyə çalışırlar.
Xatırladaq ki, 10 noyabr bəyannaməsinin imzalanmasından xeyli müddət sonra, dekabrın 16-da Şirak vilayətindən terror törətmək məqsədilə göndərilmiş diversiya qrupu Qarabağın dağlıq hissəsində Azərbaycan tərəfindən zərərsizləşdirilib və hazırda onlarla bağlı araşdırmalar davam etdirilir.
Paralel olaraq itkin düşən erməni hərbçilərin yaxınları Ermənistan Müdafiə Nazirliyini dünəndən etibarən mühasirədə saxlayır.
Ötən gecə ermənilərin “hərbi əsir” adlandırdığı terrorçuların geri qaytarıldığı barədə xəbər yayılsa da, sonradan bu, təsdiqini tapmadı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib