Erməni əsgər analarının tələbi yerinə yetirildi
Ermənistanda əsgər analarının övladlarının evə buraxılması ilə bağlı Müdafiə Nazirliyindən etdiyi tələblər qismən yerinə yetirilib.
Yeni təyin olunan müdafiə naziri Vaqarşak Arutyunyan övladlarının evə buraxılmasını tələb edən erməni əsgər analarını qəbul edib. Erməni əsgər anaları “biabırçı məğlub oldunuz, heç olmasa, oğlanlarımızı verin” israrlı tələblərindən sonra Arutyunyan Qarabağda “xidmət edən” əsgərlərin müvəqqəti evə buraxılması ilə bağlı göstəriş verib:
“Bu buraxılış məzuniyyət xarakteri daşıyır. Hər əsgərə on günlük məzuniyyət verəcəyik. Birdəfəlik təxris üçün bir qədər gözləməli olacaqsınız. Çünki çatışmazlıqlarımız çoxdur və bizə zaman verməyə borclusunuz. Kimin övladı sağdırsa, qayıdacaq”.
(modern.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ