Erməni müxalifətçidən sensasiyalı iddia: Azərbaycanı da ittiham etdi
Ermənistanda müxalifət nümayəndələri ölkədaxili siyasi proseslərlə bağlı yeni ittihamlar səsləndirməkdə davam edirlər. Minval.info xəbər verir ki, Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zorabyan baş nazir Nikol Paşinyanı avtoritar idarəçilik qurmağa çalışmaqda ittiham edib.
Zorabyan bildirib ki, Narek Karapetyan ətrafında baş verən hadisələr hakimiyyətin siyasi təzyiq siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, Paşinyan Karapetyanın təcrid olunması vasitəsilə “Güclü Ermənistan” partiyasının deputatlarına təzyiq göstərməyə və onları qorxutmağa çalışır.
Erməni siyasətçi iddia edib ki, baş nazir bu prosesdə tək deyil. Onun sözlərinə görə, Paşinyanın arxasında ABŞ, Avropa İttifaqı, İsrail, Türkiyə və Azərbaycanın dayandığı ehtimal olunur.
Bu iddialar fonunda Zorabyan Ermənistan müxalifətini təşkilatlanmağa və mümkün siyasi proseslərə qarşı indidən hazırlaşmağa çağırıb.
“Müxalifət artıq indidən müqavimətin təşkili üçün hazırlıq işlərinə başlamalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, Zorabyanın səsləndirdiyi fikirlər onun şəxsi iddialarıdır və bu barədə hər hansı sübut təqdim olunmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı