Erməni mediası Şuşadan yazdı

Azərbaycanın azad olunmuş torpaqlarda həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri erməni mediasının da diqqətini cəlb edib.
“Minval.info” xəbər verir ki, Ermənistanın ən məşhur nəşrlərindən olan “Hraparak” qəzeti ölkəmizin Şuşa şəhərində apardığı abadlıq işlərindən yazıb.
“Yollar və tunellərdən başqa, həmçinin yüksəkvoltluq elektrik stansiyası da inşa edilib. Şuşa şəhərinə aparan yolda hələ sovet dövründə inşa edilən və Şuşanı elektrik enerjisi ilə təmin edən yarımstansiyaların cəmi bir neçə metrliyində bir neçə ay ərzində şəhəri enerji ilə təmin edən və işıqlandıran yeni yarımstansiya inşa edilib”, – deyə qəzet yazır.
Nəşr, həmçinin Şuşa şəhərinin möhtəşəm şəkildə işıqlandırıldığını da vurğulayıb:
“Azərbaycanın işıqları ilə möhtəşəm şəkildə işıqlandırılan Şuşa şəhəri, hətta Xankəndidən belə görünür. Yolda isə Rusiya və Azərbaycanın sərhədçiləri dayanır. Ruslar isə azərbaycanlı hərbçilərin baxışları altında Xankəndinə gələn ziyarətçilərin pasportlarını yoxlayır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub