Erməni jurnalistin Afrindən yaydığı saxta fotolar
Fransanın AFP agentliyinin Suriyadakı fotomüxbiri Corc Oufalyan Afrində baş verən hadisələrin təhrif olunmuş təsviri ilə müşayiət olunan şəkillər paylaşıb.
Axar.az xəbər verir ki, Oufalyanın çəkdiyi Bəşər Əsəd tərəfdarlarının fotosu “Bəşər Əsəd tərəfdarları Afrinə daxil oldu” başlığı ilə təqdim edilib.
Bəşər Əsədin tərəfdarları ilə sıx əlaqədə olan müxbir “Zeytun budağı” əməliyyatı barədə dezinformasiya yaymağa çalışıb. Bundan sonra fotoqraf şəklin başlığını dəyişərək, “Əsədin milis qüvvələrinin Afrinə daxil olduğunu” bildirib.
Oufalyanın həmçinin Bəşər Əsəd rejiminin məşhur jurnalisti Şadi Hilvanla çəkdirdiyi və sosial şəbəkələrdə paylaşdığı fotosu onun rejim qüvvələri ilə yaxın əlaqələri olduğunu sübut edib.
Oufalyan tank üzərində Əsəd rejimi əsgərləri ilə də fotolar çəkdirib.
Qeyd edək ki, Əsəd rejimi qüvvələri fevralın 20-də Afrin istiqamətində yaxınlaşsa da, türk artilleriyasının atəşindən sonra Hələbə doğru geri çəkilmişdi.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
