Erməni gimnastlar: "Bakı təhlükəsizdir, sakinləri isə mehribandır" - VİDEO
Bakıda Aerobika Gimnastikası üzrə Avropa çempionatı, o cümlədən, təhlükəsizlik möhtəşəm səviyyədə təşkil olunub, yerli sakinlər mehriban və ünsiyyətcildirlər.
Bu barədə erməni əsilli rusiyalı gimnastlar Qarsevan və Duxik Canazyan İTV telekanalına açıqlamasında danışıb.
Onlar Avropa çempinatında rahat şəraitin və idman atmosferinin olduğunu xatırladıb.
“Bizi hər şey qane etdi”, – deyə Qarsevan Canazyan bildirib.
Öz növbəsində, Duxik Canazyan, Bakının gözəl şəhər olduğunu qeyd edib. O, xüsusilə, müasir Bakı ilə paytaxtın qədim hissəsi olan İçərişəhər arasındakı kontrasta valeh olub.
“Sanki başqa bir əsrə düşmüsən”, – deyə gimnast təəsüratlarını bölüşüb.
Yerli sakinlərə gəlincə, gimnastların fikrinə görə, Bakı sakinləri ünsiyyətcil, gülərüz, mehriban və xeyirxahdırlar.
“İdman idmandır. Siyasət isə siyasət”, – deyə Duxik Canazyan əlavə edib.
Canazyan bacı-qardaşının bəyanatı Azərbaycanın “İdmanda siyasətə yer yoxdur” prinsipinə hər zaman əməl etdiyini bir daha sübuta yetirir. Bakıda keçirilən beynəlxalq yarışlarda iştirak etməyi arzulayan istənilən erməni idmançıya təhlükəsizliklə bağlı zəmanət verilir. Bu, həmçinin, təhlükəsizliyi bəhanə edərək Avropa Liqasının Bakı finalında iştirak etməmək qərarına gələn Henrix Mxitaryana tutarlı cavab sayıla bilər.
https://www.youtube.com/watch?v=19gK53jXbr8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
LaLiqa tarixində ən gec qol vurulub
AVRO-2020-nin bilet satışının ikinci mərhələsi başa çatıb
Amerikanın azərbaycanlı çempionu... - FOTO
Arda Turan karyerasını bitirir?
Futbolçunun maraqlı təqdimatı -
"Barselona" Messinin maaşını azaldır