Erməni ekspert: “Ermənistan Azərbaycanın yeni hücumuna hazırlaşmalıdır”
“ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana Qarabağ münaqişəsinin nizamlanması yönündə təzyiqlər göstərirlər”.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözlər “Azərbaycan erməniləri assambleyası” deyilən təşkilatn rəhbəri Qriqori Ayvazyan tərəfindən jurnalistlərlə görüşdə səslənib.
Onun bildirdiyinə görə, Ermənistanın daxili problemlərinə başının qarışdığı bir vaxtda ATƏT-in Minsk qrupunun həmsədrlərində reallaşmayan gözləntilər peyda olub.
ƏLAQƏLİ
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, NATO çərçivəsində müttəfiqidir
Q. Ayvazyan birtərəfli güzəştlərin onlar üçün dağıdıcı nəticələr törədəcəyini söyləyib.
Erməni ekspert Azərbaycan tərəfinin yenidən hücuma keçmək üçün ən əlverişli situasiyanın yaranmasını gözlədiyini bildirib.
“Azərbaycan müdafiə nazirinin İrəvanın Azərbaycan torpağı olduğu barədə dediklərindən sonra sülh atmosferini formalaşdırmaq ən azı qeyri-ciddilik kimi görünməlidir”, – deyə o qeyd edib.
Q. Ayvazyan Azərbaycanın davam edən antierməni siyasəti, habelə bu cür oxşar bəyanatların rəsmi Bakının müharibəyə hazırlaşdığını göstərdiyini deyib.
“Ermənistan tərəfi öz növbəsində anlamalıdır ki, bu pauzadan vaxt udub yeni ehtimal olunan hücuma hazırlaşmaq üçün istifadə etmək lazımdır”, – deyə Qriqori Ayvazyan sonda vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, NATO çərçivəsində müttəfiqidir
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!