Erlinq Holandın atası açıqladı - GEDİR?
Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holandın atası Alf-İnqe Holand Avropanın aparıcı klublarının oğluyla maraqlanmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 20 yaşlı istedadın atası Sport1.de-yə danışıb:
“Yaxşı oynayırsansa, böyük klubların səni istəməsi məntiqəuyğundur. Söz-söhbətlərin dolaşmasında qeyri-adi nəsə axtarmaq yersizdir. Hazırda başqa klublar haqda düşünmürük. “Borussiya” ilə uzunmüddətli müqavilə imzalamışıq. Oğlum üçün əla komandadır. Vaxtından əvvəl irəli boylanmaq niyyətindən çox uzağıq. Erlinq hələ Almaniyada çox şey qazana bilər. Bu, onun əsas hədəfidir.
Qeyd edək ki, Erlinq Holand bu mövsüm Almaniya Bundesliqasında 6 oyuna çıxıb və 6 qol vurub. Bundan başqa, forvard 2 məhsuldar ötürmə ilə də yadda qalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək