Erlinq holand ginnes rekordlarını alt-üst etdi: Dörd fərqli nailiyyət!
Norveçli futbol ulduzu Erlinq Holand, karyerasında qazandığı nailiyyətlərlə “Ginnesin Dünya Rekordları” kitabına daxil edilib. O, dörd fərqli rekord üzrə sertifikat qazanıb.
Minval.info xəbər verir ki, Holand, 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 36 qol vuraraq bir mövsümdə ən çox qol vuran futbolçu kimi tarixə düşüb. Bundan əlavə, o, Premyer Liqada 100 qola ən sürətli çatan oyunçu olaraq 111 matçda bu göstəriciyə nail olub.
UEFA Millətlər Liqasında da ən məhsuldar oyunçu olan Holand, Norveç millisinin heyətində 19 qol vuraraq bu sahədə də rekord qırıb. Çempionlar Liqasında isə “RB Leypsiq”ə qarşı bir oyunda 5 qol vuraraq turnirin rekordunu təkrarlayıb.
Hazırda futbolçunun bazar dəyərinin təxminən 220 milyon avro olduğu qeyd edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək