Erkin Qədirli:"Camaat deyir kreditim qalsın bir qırağa, mən uşağımı oxutdurmalıyam"
“Sahibkarların, yaxud işçilərin iqtisadi problemlərindən biri təhsil, xüsusilə ödənişli təhsildir. Camaat deyir kreditim qalsın bir qırağa, mən uşağımı oxutdurmalıyam”
Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında çıxış edən deputat Erkin Qədirli deyib.
Millət vəkili Nazirlər Kabinetinin bəzi kateqoriyalı tələbələrin təhsil haqqından azad edilməsi ilə bağlı qərarından bəhs eedib.
Komitə sədri Tahir Mirkişilinin bu haqda dediklərinə cavabında E.Qədirli dedi ki, məsələdən xəbərdardır: “Valideynlərin hər ikisi 1-ci və ikinci qrup kimi əlil olanlar, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə pensiyada olanlarla bağlı güzəştlər nəzərdə tutulub. Lakin bu, çox dar çevrədir. Sahibkarların, yaxud işçilərin iqtisadi problemlərindən biri təhsil, xüsusilə ödənişli təhsildir. Camaat deyir kreditim qalsın bir qırağa, mən uşağımı oxutdurmalıyam”.
E.Qədirli hökumət üzvlərinə xitab etdi: “Hələ də gec deyil, ikinci oxunuşdur. Tahir müəllimdən də, maliyyə nazirindən də xahiş edirəm. Onsuz da təhsil xərcləri azaldılıb. O vəsaitin ən azı yarısı tələbələrin təhsil haqqının qismən ödənilməsinə yönəldilə bilər. Hələ qarşıda 3-cü oxunuş var”.
Qeyd edək ki, digər bir neçə deputat da tələbələrə təhsil haqqı ilə bağlı güzəştlərin edilməsini təklif etdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir