Erden Timur "Qalatasaray"dan istefa verib
Super Liqa təmsilçilərindən “Qalatasaray”ın vitse-prezidenti Erden Timur istefa verib.
Apasport.az xəbər verir ki, o, bu barədə bu gün keçirilən mətbuat konfransında açıqlama verib.
“Özümdən asılı olmayan səbəblərdən 1 ay, bəlkə də 1 aydan çox gündəmi məşğul etdiyim üçün ictimaiyyətdən üzr istəyirəm. Mən məsələni çempionata 1-1,5 ay qalmış prezidentimizə çatdırdım. Çempionluq yarışı olduğundan bunu həmən açıqlamaq mümkün deyildi. Klubdakı vəzifəmin davam etdiyini söyləməliydim. Bunu çempionatdan sonra 2 gün ərzində açıqlaya bilərdim, amma insanların sevincinin önünə keçmək istəmədim”, – deyə o bildirib.
Qeyd edək ki, 44 yaşlı funksioner 2022-ci ilin iyun ayından “Qalatasaray”da çalışırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək