Əməyin təhlükəsizliyində inqilab: 55 yeni Milli standart hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidməti, əməyin təhlükəsizliyi sahəsində yeni milli standartların hazırlanmasına start verib. Bu çərçivədə 55 yeni standartın hazırlanması planlaşdırılır.
Minval.info xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilir ki, son 18 ay ərzində Texniki Komitə tərəfindən hazırlanan 115 milli standart artıq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiq edilib. Bununla da, təsdiqlənmiş milli standartların ümumi sayı 170-i keçib. Bu standartlar, Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun olaraq hazırlanır.
Bu standartların əsas məqsədi iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, müasir tələblərə uyğun əmək şəraitinin qurulması və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır