Elza Seyidcahan: Röya at kimi işləyir, it kimi yaşayır
Səhnəmizin ekstravaqant müğənnisi, Əməkdar artist Elza Seyidcahan canlı efirdə işlətdiyi kəlmələrlə gündəmin oxunu öz tərəfinə istiqamətləndirib.
Elza “Xəzər TV”də yayımlanan “Hər şey daxil” verlişində dilə gətirdiyi fikirləri ilə müzakirə obyektinə çevrilib.
Sənətçi dincəlmədən çalışdığını çox maraqlı bir müqayisə şəklində dilə gətirib: “Bir dəfə sual verdilər ki, qəbir daşınıza nə yazılmasını istərdiniz? Dedim ki, at kimi işlədi, it kimi yaşadı”.
Proqramda daha sonra sonra söhbət yenicə “Xalq artisti” adını almış sənətçilərdən düşüb. Seyidcahan mikrofonu əlindən yerə qoymaraq, fikirlərini bu cür davam etdirib:
“Röya Ayxan da bu silsiləyə daxildir. O da it kimi yaşayır. O qədər çalışırıq, yoruluruq ki, dincəlmirik. İnsan bir az işləyər, sonra dincələr. Biz sənət adamları isə bunları etmirik. Dincəlmədən çalışırıq”.
Qeyd edk ki, Elza Seyidcahanın səsləndirdiyi qeyri-adi müqayisəsi sosial media əhli tərəfindən birmənalı qarşılanmayıb. Onlar Əməkdar artisti bu fikirlərinə görə tənqid atəşinə tutublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək