Elza saytları məhkəməyə verib
Əməkdar artist Elza Seyidcahan saytları məhkəməyə verib.
Bu barədə Modern.az-a ifaçı özü məlumat verib. O bildirib ki, xəbər saytları ilə bağlı məhkəməyə müraciət etməsinin səbəbi onun haqqında dezinformasiya yayılmasıdır:
“Biz “Sənə bənzər” adlı solo konsertimə hazırlaşan ərəfədə xəbər saytlarında mənə aid olduğu iddia edilən şeir yayımlandı. Ona şeir də demək olmaz, söz yığını idi. Həmin söz yığınının müəllifi mən deyiləm, adımdan yalan-yanlış xəbərlər dərc etdilər. Məhkəməyə müraciət etdim ki, məsələ araşdırılsın, hadisənin mənbəyi hansı sayt olub üzə çıxarılsın. Hazırda məhkəmə prosesi davam edir”.
Qeyd edək ki, Elza Seyidcahan aprelin 28-də Heydər Əliyev adına Sarayda “Sənə bənzər” adlı konsert proqramı ilə çıxış edib. Konsert proqramı müğənninin 25 illik səhnə fəaliyyətinə həsr olunub.
Onun olduğu iddia edilən “Sevgi nədir deyirlər?” adlı şeir isə xəbər saytlarında aprelin 24-ü yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək