Elza deputatlığa namizəd olacaq: "Meşə çaqqalsız olmaz”
“Düşünürəm ki, Brilliant xanım ümumiyyətlə dünyada olan rüşvətə qarşı oxudu. Təəssüf ki, bəzən bunu başqa yerə yozanlar da tapılır”.
Minval.info xəbər verir ki, bunu müğənni Elza Seyidcahan həmkarı Brilliant Dadaşovanını rüşvətxor məmurlar üçün yazdığı mahnıya münasibət bildirərkən deyib.
“Yeni Müsavat”a müsahibəsində o, bildirib ki, pis məmurlarla yanaşı dövlətin, xalqın qayğısına qalan məmurlar da var. Onları vəzifəyə gətirəndə ümid edirlər ki, xalqın, dövlətin qayğısına qalacaqlar: “Buna əməl edən olduğu kimi, etməyən də var. El arasında belə bir söz var, “meşə çaqqalsız olmaz”. O ki, qaldı mənə, ümumiyyətlə diqqət yetirəndə görərsiniz ki, bütün şeirlərimdə tənqid var”.
Elza növbəti parlament seçkilərində namizəd olacağını da qeyd edib: “Niyə də olmasın? İnanıram ki, mən də buna nail olaram, vətənimə, dövlətimə xidmət edərəm. Əgər xalq məsləhət görərsə, seçərsə bunu özümə borc bilərəm. Zamanında görkəmli bəstəkarımız Qara Qarayev və digər tanınınmış bəstəkar, musiqiçilərimiz də deputat olub, millət vəkili seçilib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Bu yaşdan sonra ərə baxa bilmərəm"
Amazon reklam qalmaqalında: FTC məhkəməyə müraciət etdi
Güllünün qızı məhkəmə öncəsi oğurluqda ittiham olunur
Damla: Şou-biznesdə ögey övlad kimi təkləndim
Röya Ayxan: Toya qonaq yox, sənətçi çağırın
Cəmilə Tağızadə: İstanbulda gəlin idim, turist oldum
Niyaməddin Musayevin fotoşoplu şəkilləri tənqid olundu