Müğənnilər Röya ilə Elnarə Xəlilova arasında yaşanan qalmaqal davam edir.
Minval.info xəbər verir ki, Röyanın “Popumuz var” verilişində aparıcı Murad Arifin “W Trio”nun 20 illiyinə necə hazırlaşırsınız” sualına “Natavanla birlikdə konsert verərik, Elnarə də gəlib baxar” cavabını verməsi qarşı tərəfi özündən çıxarıb.
Sənətçi musiqisi Tofiq Quliyevə, sözləri isə Əfzələddin Xaqaniyə aid olan “Bəxtəvər oldu” romansını səsləndirdiyi görüntünü sosial şəbəkədə paylaşaraq, ad çəkmədən Röyaya cavab verib: “Bundan sonra mənim əvəzimə mahnılarım danışacaq. Konserti hamı verə bilər. Amma konsertdə bu cür çətin romansı canlı oxumağı hamı bacarmaz. Səhnədə söhbət edənlərə deyil, konsert verənlərədir, sözüm. Bacarığınız və qabiliyyyətiniz çatırsa, çox demirəm, bircə dənə bu cür çətin romans daxil edin repertuarınıza və onu səhnədə canlı oxuyun. Əgər oxuya bilirsinizsə… Hamıya uğurlar”.
Qeyd edək ki, Elnarə ilə Röya arasındakı qalmaqal “Mənə sevgindən bəhs et” mahnısından sonra başlamışdı. Elnarə Röyanın sözügedən bəstəsini plagiat adlandırıb.

































