“Elnarə ilə Röya həyatımı alt-üst etdi” - Natavandan qalmaqallı açıqlama
Müğənni Natavan Həbibi aparıcı Samir Bayramlının “Söhbətsiz” proqramında qalmaqallı açıqlamalar verib.
Axşam.az xəbər verir ki, o, “W Trio” qrupunun dağılma səbəbini açıqlayıb. Həmçinin, Xalq artisti Röya Ayxan və müğənni Elnarə Xəlilovanın şəxsi həyatına zərər verdiklərini söyləyib:
“Bizdə barışmaq söhbəti olmayıb. Bunlar son vaxtlar belə danışmağa başlayıblar. “W Trio” ona görə dağılıb ki, münasibətimiz pozulub. 2002-ci ildə elə dalaşmışıq ki, qrupumuz dağılıb. Siz hansı münasibətdən, dostluqdan danışırsınız? Vaqif Gərayzadə kimi şəxsiyyət bizə mane ola bilmədi. Mənə qarşı Röya və Elnarə tərəfindən elə şeylər olunub ki… İndi danışmayacam, amma vaxtı var. Biz artıq işləyə bilməzdik. Aramız tamamilə pozulmuşdu. Sonuncu toya gedəndə düşmən kimi getmişik. Eyni səhnədə bir-birimizə nifrət edə-edə oxumuşuq. Sonralar bunlar keçdi, barışdıq. Unuduldu…

Onlara görə söhbət ciddi deyildi. Ancaq mənim şəxsi həyatımı alt-üst etdilər. Plan o idi. Sonra onların da münasibəti pozuldu. Lakin mənə maraqlı deyil. Bunlar deyiblər, hamı elə bilir ki, özündən razıyam. Amma nə var, nə yox? Kim neyləyib? Nəyə görə belə cavab vermişəm, nələr olub? Bunu bilən yoxdu. Görürəm ki, yavaş-yavaş danışmaq lazımdı. Çünki çox oldular. Hərəsi böyük-böyük danışır.

Bilirəm ki, kim nəyə layiqdir, nəyə qadirdir, qabında nə var. Kim peşəkardır, kim təsadüfən bu səhnəyə düşüb? Əgər biz peşəkarlığa görə mükafat alırıqsa, gəlin peşəkarlıqdan söhbət edək. Ötəri “Yaxşı mahnıları var” deməyək, danışmırıqsa, biz də təbrik etdik, sevindik…”.
Qeyd edək ki, “W-Trio” qrupu hər üç müğənninin iştirakı ilə 1999-2002-ci illər arasında fəaliyyət göstərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vahid Əhmədov: "Uşaq pulu məsələsinə birdəfəlik nöqtə qoymalıyıq"
Bakıda siçan gəzən şirniyyat mağazası bağlandı
Azərbaycanda daha bir general SAXLANILDI
Məhkəmə Turanı öldürən 20 yaşlı Ruslan barəsində QƏRAR ÇIXARDI
Prezident İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
Rusiyanın ŞOK İTKİLƏRİ açıqlanıb