Elnarə Abdullayevadan qalmaqallı sözlər: “Gəlin qayınananın sözünü “yeyə” bilmirsə...”
Əməkdar artist Elnarə Abdullayeva ATV-də yayımlanan “Gündən-günə” proqramında qonaq olub.
Minval.info
xəbər verir ki, ifaçı növbəti dəfə müzakirələrə səbəb olan açıqlama verib. E. Abdullayeva bu dəfə gəlin-qayınana münasibətlərindən danışıb:
“Əgər görürsən ki, sən qayınananın sözünü “yeyə” bilmirsən, qayınatanın sözünü həzm edə bilmirsən, övladım, şələ-küləni yığ, çıx, get evdən. Qayınananın sözünü “yeyə” bilmirsənsə… Gəlməmisən ki, mənim ocağımı dağıtmağa! Övladım, “yeyə” bilmirsənsə sözlərini, o zaman dur, çıx, get. Əgər gəlin bir damın altında qayınana və qayınata ilə yaşayırsa, orada sözsüz ki, qayınana və qayınatanın sözü keçməlidir”.
Sənətçi sözlərinə görə sosial şəbəkədə tənqid edilib.
Qeyd edək ki, əməkdar artist qatıldığı bir çox verilişlərdə qalmaqallı fikirlər səsləndiribş Onun “Oğlumu şou əhlindən olan qızla evləndirmərəm” sözləri müzakirələrə səbəb olmuşdu. Sənət adamları Abdullayevaya etirazını bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək