Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün ciddi işlər görüləcək"
Bakıda Ermənistanın yeni rəhbərliyindən Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması üçün məsuliyyətli addımlar gözlənilir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “Nezavisimaya qazeta”da dərc olunan məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası yolu ilə respublikanın suverenliyi və sərhədləri beynəlxalq səviyyədə tanınsın:
“Bu, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dinc və təhlükəsizlik mövcudluğunu təmin etməyə imkan verəcək. Sülh, çiçəklənmə və əməkdaşlıq şəraitində hər iki icma bölgənin cari və gələcək məsələlərini birgə həll edə biləcək və bu, Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin, eləcə də regionda sülhün və təhlükəsizliyin bərqərar olunması üçün əsas verəcək.
E.Məmmədyarov əlavə edib ki, münaqişənin tez bir zamanda həlli üçün ciddi işlər görüləcək və bununla da danışıqların imitasiyasına yox, real danışıqlar prosesinə start veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ali Radanın deputatı Zelenski haqda "kədərli fakt"lar açıqlayıb
Prezidentdən Roza Cəlilova ilə bağlı sərəncam
Deputatlar bu gün toplaşır - Növbədənkənar iclas
Ermənistan-İran sərhədi bağlana bilər - işğalçı ölkədə şok yaşanır
Qazaxıstanda partlayışın olduğu ərazidə fövqəladə vəziyyət elan olundu
Paşinyan Mehriyə getdi - Zəngəzurda etirazlar başladı
Putindən Soçi görüşündə sensasion açıqlama