Elgiz Əkbərin efirə dönüşü müzakirə edilir
Bir müddət əvvəl efirlərdən uzaqlaşan aparıcı Elgiz Əkbərin sosial şəbəkələrdə yeni video görüntüləri yayımlanıb. Bu görüntülərdə onun yeni bir verilişlə efirə qayıtmaq istəyi açıq şəkildə görünür. Bu mövzu ətrafında müxtəlif müzakirələr aparılır.
Minval.info xəbər verir ki, media eksperti Azər Həsrət, Elgiz Əkbərin efirə qayıtmasının qarşısının alınmaması lazım olduğunu bildirib. O, qeyd edib ki, Elgiz Əkbər ciddi cinayət törətmədiyi halda, onun efirə çıxmasına mane olmaq doğru deyil.
Ekspert əlavə edib ki, Elgiz Əkbərin verilişləri ilə tanış olsa da, onları təqdir etmir. Lakin, əgər aparıcı milli-mənəvi dəyərlərə uyğun bir verilişlə qayıdacaqsa, bu, qəbul edilə bilər. Əks halda, ucuz şoular və milli dəyərlərə zidd proqramlarla efirə qayıdış ciddi narazılıq doğuracaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım