“El-Klassiko” 11 ildə ilk dəfə Messi və Ronaldusuz keçəcək
Kataloniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi oktyabrın 28-də keçiriləcək Madridin “Real” komandasına qarşı oyunda iştirak edə bilməyəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat verilir.
Argentinalı İspaniya çempionatı çərçivəsində “Sevilya” komandasına qarşı oyunda zədələnib. Həkimlər Messinin üç həftədən sonra yaşıl meydanlara qayıdacağını proqnozlaşdırırlar.
Beləliklə, Messi ən azı “Barselona”nın altı görüşünü buraxmalı olacaq, o cümlədən “El-Klassiko” kimi tanınan “Real” qarşı oyunu.
Bununla da, “Barselona” və “Real” matçı 11 ildə ilk dəfə Messi və Kristiano Ronaldosuz keçəcək. Portuqaliyalı 2018-ci ilin yayında Turinin “Yuventus” klubuna transfer edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək