“Elə bir vəziyyət yaratmışıq ki, bizlə müharibə ağıllarına gəlməsin” - Video
“Heç kimlə müharibə aparmaq fikrimiz yoxdur. Ancaq müdafiə sahəsində elə bir vəziyyət yaradırıq ki, heç kim bizimlə müharibə aparmaq fikrinə gəlməsin”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti “TASS” agentliyinin “Vladimir Putinə 20 sual” layihəsi üçün verdiyi müsahibədə bildirib.
Dövlət başçısı xatırladıb ki, müdafiə büdcəsi baxımından Rusiya dünyada 7-ci yerdə qərarlaşaraq ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrdən geri qalır. Həmçinin o bildirib ki, Rusiya artıq hərbi sferada kimisə ötüb keçməyə çalışan bir ölkə deyil.
“Bundan əlavə bizim hərbi xərclərimiz ildən ilə azalır. Onlarınkı isə artır. Biz ilk dəfə elə bir hücum sistemləri yaratmışıq ki, onlardan dünyada heç kimdə yoxdur. İndi isə onlar bizi keçməyə çalışır”, – deyə Putin əlavə edib.
Qeyd olunur ki, burada Putin Rusiyanın hazırladığı qitələrarası hipersonik hücum sistemlərini nəzərdə tutur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hadı Rəcəbli: "Təhqirdən yorulmuşuq"
Arvadı qaçan Dubay şeyxinə daha böyük zərbə
Oqtay Əsədov deputatlara irad tutdu: “5 dəqiqəyə riayət edək”
"Gedib gizli dincəlirlər, utanmadan da paylaşırlar" - İzzət
Qənirə Paşayeva: "Atatürkün indi məzarda sümükləri sızlayır"
Bakıda narkotacir görün hansı cildə giribmiş? - Diqqət yayındırırmış - FOTO