Ekspert: "Füzulidə hava limanının açılması Qarabağda dinc həyatın bərpasına işarədir"

“Füzulidə hava limanının tikintisi və planlaşdırılan açılışı azad edilmiş ərazilərə dinc həyatın qayıtmasına işarədir. Bu, Azərbaycanın yaxın vaxtlaradək məcburi köçkün hesab olunan şəxslərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yaradılmasına sadiqliyinin göstəricisidir”.
Bunu “MİNVAL.İNFO”a ABŞ-ın “SouthFive Strategies” təşkilatının prezidenti, ekspert Ceyson Epşteyn bildirib.
Onun sözlərinə görə, hava limanının, tikintinin başlamasından 1 ildən daha qısa bir müddət sonra fəaliyyətə başlaması faktı da bunu təsdiq edir.
“Qarabağda bu investisiyaları həyata keçirməklə Azərbaycan hökuməti regionda və onun ətrafında uzunmüddətli iqtisadi və siyasi sabitliyi təmin etmək şanslarını xeyli artırır”, – o deyib.
Daha əvvəl “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin nümayəndəsi Füzulidə jurnalistlərə bildirmişdi ki, hava limanı beynəlxalq statusa malik olacaq və 400 tonadək uçuş çəkisinə malik təyyarələri qəbul edə biləcək. İlk sınaq uçuşunun sentyabrın 5-də keçirilməsi planlaşdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub