Efirdə qalmaqal: "Çılpaqlıq... Yerdə uzansam..." (Video)
“Space” TV-də yayımlanan verilişdə yazıçı Aysel Əlizadə qalmaqallı çıxışı ilə yadda qalıb.
Minval.info xəbər verir ki, gənc yazar Azərbaycan teleməkanının mövcud vəziyyətindən danışarkən şpaqat açmağın və çılpaqlıq efirə çıxmağın problem olmadığını dilə gətirib. O, əyləşdiyi yerdən qalxaraq mövzu ilə bağlı fikirlərini bildirib:
“Həmin aparıcı efirdə şpaqat açanda və bu, müzakirə olunanda bir yazı yazmışdım. Məsələn, o zaman ABŞ-ın prezidenti Barak Obama idi. Onun həyat yoldaşı öz ölkəsində sağlam həyata çağırış aksiyasına başlayıb. Ölkənin birinci ledisi olaraq xalqı ilə birgə şpaqat da açır, idman da edir. Bu, problem deyil. Problem mesajdadır, “sən o şpaqatı niyə açırsan?” Məqsədin nədir?”
O, çıxışının davamında ayağa qalxaraq reytinq barədə danışarkən “yerdə uzansam, şpaqat açsam həftənin ən reytinqli verilişi olacaqsınız” deyib:
“Amma bunu nəyə görə edirəm? Mənim xalqım şpaqat açmağımı niyə görməlidir? Nə deyirəm bununla cəmiyyətə? Problem bundadır. Azərbaycanda kütləvi olaraq telekanallara baxırlar. Hər hansı bir ictimai obyektə daxil olsaq orada yerli telekanalların izlənildiyini görərik. Nəyə görə Azərbaycan telekanallarına baxırlar? Çünki başqa şansları yoxdur. Ölkədə Azərbaycan dilini bilən toplum var, hara baxsın, öz dilində olan verilişləri izləməli olur. Baxmaq istəyir ki, öz ölkəsində nə baş verir. Və izlədikdən sonra nə görür?”
Bu zaman jurnalist Seymur Verdizadə müdaxilə edərək “ləhcə ilə danışan, Balakənin yerini bilməyən, qonağının sifətini cıran aparıcı görür” sözlərini dilə gətirib.
Daha ətraflı təqdim etdiyimiz videoda:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək