Efirdə qonaq elə sözlər dedi ki, aparıcı "burada verilişi saxlayıb, sağollaşaq" söylədi - VİDEO
“Space TV”-də yayımlanan “El bizim, sirr bizim” verilişində “Biz niyə xoşbəxt ola bilmirik?” mövzusu ərtafında müzakirələr aparılıb.
Minval.info xəbər verir ki, proqramın aparıcısı Elçin Əlibəyli ailənin xoşbəxtliyini evin xanımı ilə əlaqələndirib. Onun sözlərinə görə, qadın xoşbəxt olarsan ailədə də eyni vəziyyət hökm sürər:
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
“Ailəyə bütün xoşbəxtliyi, sevinci qadın gətirməlidir. Çünki qadının mesajı budur. Amma bizdə qadınların başı başqa şeyə qarışıb. Yalnız əri də, övladları da mənfi yükləyirlər. Əri çərlədirlər, o, məcbur olur ki, xoşbəxtliyini kənarda axtarsın. Ya getsin yeyib-içmək məclisinə, ya çayxanaya dostlarıyla otursun. Ən pis halda özünə kənarda bir xoşbəxtlik qura bilsin. Bunu edən Azərbaycan qadınlarıdır”.
Qonaqlardan jurnalist Nuranə Abdullayeva isə onunla razılaşmayıb və aparıcının qadınları ucuzlaşdırdığını söyləyib:
“O zaman kişilər də qadınları xoşbəxt eləsin. İki çörəyi evinə gətirməyən kişi məni necə xoşbəxt edə bilər? Kişi qazanıb ailəsini saxlaya bilmirsə, qadın başqasının əyninə, yeməyinə baxırsa…”
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Elçin Əlibəyli onun çıxışı zamanı “vəssalam, bax, burada verilişi saxlayıb sağollaşmaq olar” deyib. Aparıcı bunu verilişin mövzusunun sualına cavab tapması ilə izah edib.
Ümid
ƏLAQƏLİ
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
