Efirdə ilahiyyatçı ilə prodüser arasında qalmaqal: "Qısa geyimi baykot edirəm" - Video
“Mən qısa geyimin əleyhinə yox, ümumiyyətlə, belə tərzi baykot edirəm”
Minval.info xəbər verir ki, ilahiyyatçı Hacı Təyyar Hüseynli “El bizim, sirr bizim” verilişində belə deyib.
O, bir müddət öncə metroda şortik geyinən qızla yaşlı qadının və gənc oğlan arasında baş verən gərginlik barədə münasibət bildirib.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
İlahiyyatçı sözügedən hadisədən danışarkən mübahisə edənlərin hər üçünün haqsız olduğunu dilə gətirib. T.Hüseynli eyni zamanda bu halların baş verəməməsi üçün xüsusi təlimata ehtiyacın zəruriliyini vurğulayıb. Aparıcının “qısa geyimə münasibətini necədir” sualına isə din xadimi “belə tərzi baykot edirəm” cavabını verib.
Bu zaman prodüser Sultan Mustafayev Təyyar bəyin sözünü yarımçıq qoyub və onunla razılaşmadığını söyləyib. Qalmaqallı şou-biznes nümayəndəsi ironiya ilə ilahiyyatçıya “yayda şuba geyinək onda” deyib.
Bundan sonra tərəflər arasında mübahisə yaşanıb. Aparıcı Elçib Əlibəyli isə “yayda soyunmaylıyıq?” deyərək prodüserin fikirlərinə narazılığını bildirib. O, eyni zamanda şortiklə çəkələyin çimərlik geyimi olduğunu söyləyib.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Samir / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"