Efirdə dava - "Bu kimdir? İtdən-pişikdən..." (Video)
“Space” TV yayımlanan verilişdə qonaqlar arasında gərginlik yaşanıb.
Minval.info xəbər verir ki, qalmaqalları ilə gündəmə gələn gənc yazar Kəramət Böyükçöl bu dəfə də ənənəsinə sadiq qalıb. Onun meyxana sənəti barədə söylədiyi fikirlər söz ustası Mehman Əhmədlini qəzəbləndirib.
Gənc yazar çıxışının əvvəlində Azərbaycan cəmiyyətini ciddi sənət əsərləri ilə maraqlanmağa dəvət edib:
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
“Ciddi musiqilərə qulaq asın, kitab oxuyun. Bu meyxana ilə vaxtınızı öldürməyin. Meyxana nədir? Nə vaxtdan sənət olub? Meyxana xalq olaraq sizi uçuruma aparır. Bunlar sizin başınızı qatmaq üçündür…”
K.Böyükçöl çıxışını bitirməmiş Mehman Əhmədli onun bu sözlərinə münasibət bildirib. Meyxanaçı yazarın qalmaqal yaradaraq “reklam tutmaq” istədiyini söyləyib.
Verilişdə iştirak edən prodüser Anar Mədətov meyxana sənətinin folklor olduğunu dilə gətirib və Kəramət bəyin sözlərini tənqid edib. Gənc yazar isə çıxışının davamında meyxananın efirə buraxılmasının belə əleyhinə olduğunu və fikrini tamamlamaq istədiyini söyləyib.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Meyman Əhmədli isə “Bu kimdir belə? Belə fikirdə olan heç vaxt normal bir şey yaza bilməz. İtdən-pişikdən yazar… Üzbəüz məni təhqir edirsən, fikrini tamamlamağını istəyirsən?! Sən meyxanadan danışırsan, məni tanımırsan, hansı meyxanadan danışırsan?” deyə K.Böyükçölə bildirib.
Ətraflı təqdim etdiyimiz videoda:
ƏLAQƏLİ
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
S.Mirzə
https://youtu.be/lWf2FDUu3xc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"