Telekanalda qonaqdan qəribə açıqlama: "Nənəm 60 ilə yaxın el yengəsi olub" - VİDEO
“El bizim, sirr bizim” verilişində cinsi münasibətlərin necə öyrənilməsi barədə söhbət açılıb.
Minval.info xəbər verir ki, verilişdə çıxış edən etnoloq Təvvəkkül Səlimovun sözlərinə görə bəzi gənclər zifaf gecəsini uğurla başa vura bilmirlər.
O qeyd edib ki, keçmişdə nadir hallarda belə problemlər yaşanardı.
“Mənim nənəm 60 ilə yaxın el yengəsi olub. Gəlini aparıb yerbəyer etmək və bu kimi məsələləri yoluna qoyardı. Dünyanın bir çox xalqlarında da yengə statusu olub. Çox təəssüf ki, bu gün “yengəlik etmə” kimi ifadə var. Elə ifadələr var ki, əvvəlki mənasını özündə təzahür etdirmir. Yengə olmasaydı, gəlin gedib ev yiyəsi adını qazanmazdı. Bu çətin məsələydi. İndiki dövrdə internet və televiziya vasitəsilə balaca qızların hər şeydən xəbəri var. Keçmişdə belə deyildi. Oğlanın və qızın sağ-sol yoldaşı olurdu və onlara ailə həyatının ilk gecəsində olan prosesləri izah edirdi” – Təvəkkül bəy bildirib.
Ümid Hüseyn
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Bakıda küçələr və prospektlər yuyuldu
Diplomatlar Xudavəng monastırına səfər etdilər
Bakı metrosu yeni tədris ilinə hazırdır!
Bakıda metro qazıntısı: Bina boşaldılmayıb!
Bakının futbol istedadı: Ceyms Eziasinin hədəfləri