Efirdə beynəlxalq təşkilatın nümayəndəsi ifşa olundu - Ev ailələrə qaytarıldı (Video)
Space Tv-də yayımlanan “Gəl dərdini danış” verilişində daha bir məsələ həllini tapıb.
Minval.info xəbər verir ki, Umuxanım adlı şəxs ötən verilişlərin birində şikayətçilərlə üz-üzə gəlmişdi. Səbəb xanım 12 otaqlı evə rəsmi olaraq 28 min manat ödəyərək sahib olmaq istəməsiydi. Araşdırmalar zamanı məlum olub ki, xanım evi əqli məhdudiyyətli şəxsdən, yəni evin sahibinin oğlundan etibarnamə ilə alıb. Ailələrin şikayəti yayımlanandan sonra xanım təşkilatdan uzaqlaşdırılıb.
Verilişdə çıxış edən təşkilatın keçmiş əməkdaşı Umuxanım 2 deyil, 12 otağa sahib olmasını açıq aşkar bildirirdi: “Qanun mənim tərəfimdədir. Bütün ərazi mənimdir.”
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Amil Xəlilin müdaxiləsindən sonra iş məhkəməyə göndərilib. Məlum olub ki, xanıma sadəcə, ərazidən 53 kv/m sahə düşür (təxminən 2 otaq) və digər otaqlar ailələrə qaytarılıb. Hələ üstəlik, icraçıların da səhlənkarlığı ortaya çıxıb.
İndi ailələr rahat şəkildə öz evlərinə qayıdıb. Amma iş bununla da bitmir. Adı çəkilən xanımın növbəti araşdırması gedir. İşdə daha bir saxtakarlıq sübut olunarsa, həmin sahə də alınaraq aidiyyatı üzrə təhvil veriləcək.
Teleaparıcı Amil Xəlil də gələn buraxılışda həmin ərazidən görüntülər tamaşaçılara təqdim edəcək.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Xatırlatmalar və verilişi olduğu kimi sizə təqdim edirik.
Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 da Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır.
https://youtu.be/Gb–NIgp1YI
ƏLAQƏLİ
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"