Eden Azar: “Bakıda bunu bacarsaq, ideal vida olacaq”
“Bu, Avropa səviyyəli turnirdir. Elə buna görə də həm mən, həm məşqçi, həm klub, həm azarkeşlər üçün vacib əhəmiyyət daşıyır”.
Bunu İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Azar deyib.
İspaniya “Real”ına keçməyə yaxın olan belçikalı futbolçu Avropa Liqasının sabah Bakıda keçiriləcək finalı barədə fikirlərini açıqlayıb.
E.Azar “Arsenal”la görüşdəki qələbənin vacibliyini qeyd edib: “Siz finalda oynayırsızsa, bunun Çempionlar Liqası, Avropa Liqası, yoxsa Liqa kuboku olmasının fərqi yoxdur. Sadəcə qalib gəlmək, mükafatı evə aparmaq və bayram etmək istəyirsiniz. Mövsümün əvvəlində mayda hansı kuboku qazanacağımızı düşünürdük. Çünki “Çelsi” üçün mükafat vacibdir. Qol vurub-vurmamaqdan asılı olmayaraq qalib gəlmək istəyirəm. Bu, mənim son oyunumdursa, kuboku qazanmaq arzusundayam. Bakıda bunu bacarsaq, ideal vida olacaq”. (ona.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
