DYP-dən sürücülərə, valideyinlərə və məktəb kollektivlərinə MÜRACİƏT
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə, valideyinlərə və məktəb kollektivlərinə müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Minval.info”ya bildirilib ki, səhər saatlarında gözlənildiyi kimi paytaxtın əsasən Nərimanov, Nəsimi, Yasamal, Səbail, Binəqədi, Nizami və Xətai rayonlarının ərazisində avtomobillərin sıx hərəkətləri daha çox müşahidə olunur:
“Yollarda bu gündən etibarən azyaşlı və yeniyetmələrin piyada qismində hərəkətləri xüsusəndə məktəblərə yaxın ərazilərdə dahada çoxalacaq. Sürücülərdən son dərəcə məsuliyyətli olmağı hərəkət surətinə, yol nişanlarına, piyada keçidlərinə yaxınlaşarkən diqqəti artırmağı, valideyinlərdən və məktəb kollektivlərindən uşaqları mütəmadi olaraq təlimatlandırmağı xahiş edirik! Hər hansısa bir bədbəxt hadisənin, qəzaların baş verməməsi üçün bütün hərəkət iştirakçılarından yollarda təhlükəsizlik qaydalarına qarşı ciddi münasibət göstərməyini bir daha xahiş edirik!”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Məclisin iclası başlayıb
Lider TV rəsmən bağlanır - Bir neçə TV-nin də lisenziyası ləğv edildi
Yevlaxda kasetli bomba partlayıb, ölən var
Qaradağda DƏHŞƏTLİ QƏZA: 10 maşın toqquşdu, ölən var VİDEO
Abid Qafarov həbs edildi
12 yaşlı qızlarını pula satan valideynlər saxlanıldı