09.06.2020 - 11:00
İdman
67 baxış
Dünyanın ən bahalı futbolçuları: Messi və Ronaldo "ilk 20-lik"dən kənar qaldılar
CIES Futbol Araşdırmaları Mərkəzi dünyanın ən bahalı futbolçularının reytinqini dərc edib.
Fanat.Az xəbər verir ki, siyahıda ancaq Avropanın top-5 liqasını təmsil edən oyunçular yer alıb. Futbolçuların transfer dəyərləri CIES-in öz metodikası ilə müəyyənləşdirilib.
PSJ-nin hücumçusu Kilian Mbappe sıralamaya başçılıq edir. Onun transfer dəyəri 259,2 milyon avro təşkil edir. “Mançester Siti”nin vinqeri Rahim Sterlinq (194,7 milyon avro) ikinci, onun həmyerlisi, Dortmund “Borussiya”sının üzvü Ceydon Sanço (179,1 milyon avro) isə üçüncüdü.
“Barselona”nın hücumçusu Lionel Messi (100,1 milyon avro) reytinqdə 21-ci olub. “Yuventus”un forvardı Kriştianu Ronaldu (62,8 milyon avro) 70-ci sırada qərarlaşıb.
“İlk onluq” belədi:
1. Kilian Mbappe (PSJ) – 259,2 milyon avro
2. Rahim Sterlinq (“Mançester Siti”) – 194,7 milyon avro
3. Ceydon Sanço (Dortmund “Borussiya”sı) – 179,1 milyon avro
4. Trent Aleksander-Arnold (“Liverpul”) – 171,1 milyon avro
5. Markus Reşford (“Mançester Yunayted”) – 152,3 milyon avro
6. Məhəmməd Salah (“Liverpul”) – 144,9 milyon avro
7. Sadio Mane (“Liverpul”) – 139,2 milyon avro
8. Antuan Qrizmann (“Barselona”) – 136,4 milyon avro
9. Alfonso Deyvis (“Bavariya”) – 133,5 milyon avro
10. Harri Keyn (“Tottenhem”) – 118,7 milyon avro
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
11.10.2026 - 16:04
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
11.10.2026 - 14:54