“Dünyada tək zalım varsa, o da sənsən” – Ərdoğandan Netanyahuya sərt sözlər
Türkiyə Dəyanət Vəqfi 5-ci Byenəlxalq Yaxşılıq Mükafatlarının təqdimat mərasimini təşkil edib.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan sərt açıqlamalar verib.
O, İsrail baş naziri Benyamin Netanyahuya səslənərək onu zalım adlandırıb: “Türkiyədə jurnalistlərin həbsdə olmasından narahat imiş. İsraildə minlərlə uşaq, qadın, yaşlını həbsxanaya salan sən deyilmisən? Bizim məbədlərimizə, “Məscidi-Əqsa”ya hücum edənlər, orada din adamlarını döyənlər sizin əsgərlər, polsilər deyilmi? Bunu necə izah edəcəksən? Əgər dünyada bir zalım varsa, o da sənsən. Utanmadan, bezmədən danışırsan. İsrail bizi təhrik etmək istəyir, amma biz təhrik olmayacağıq”.
Ərdoğan sözlərinə əlavə edib ki, dünyanı hirs, qisas və həsəd deyil, yaxşılıq dəyişdirəcək: “Bu gün dünyada sülh və əmin-amanlığın qarşısındakı yeganə əngəl iradə əskikliyi, vicdan qıtlığıdır. Bəzi müsəlman dövlətlər birlikdə qərb dövlətləri insanlıq imtahanından keçə bilmədilər. Qətl edilən xalqların fəradını eşitmədilər. Aclıqdan bir dəri, bir sümük qalan insanların asimana yüksələn hayqırışını eşitmədilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
