Hazırlanan bir neçə vaksinin qiyməti də açıqlanıb, amma…

Dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir. Artıq dünyada COVİD-19-a yoluxanların ümumi sayı 60 milyonu keçib. Dünyada koronavirusdan ölənlərin ümumi sayı isə biz bu yazını hazırlayan zaman 1 milyon 417 min 769 nəfər idi.

Lakin ümumi statistikaya nəzər salsaq bugünlərdə dünyada yoluxma sayında müəyyən azalmanı görürük. Ölüm sayında isə pik göstərici qeydə alınıb.

Belə ki, hazırda dünyada günlük yoluxma 450 min nəfərdən bir qədər çox, günlük ölənləri sayı isə 10 min 500 nəfərdən çoxdur.

Bu zamana qədər koronavirusa qarşı müalicə alıb sağalanların sayı isə 41 milyon 679 min 488 nəfərdir (biz bu materialı hazırlayan zaman).

Putinin "acığına". Belarus niyə koronavirusa rəğmən qələbə paradını ləğv etmədi? - BBC News Azərbaycanca

Azərbaycanda da sərt tədbirlərə rəğmən yoluxma sayı yüksək olaraq qalıb. Hətta ölüm sayında da günlük 30 nəfərdən yuxarı say gördük. Yeni antirekordlar davam edir.

Bununla belə, dünyada koronavirusa qarşı vaksin hələ hazır deyil. Lakin bu istiqamətdə işlər davam etdirilir.

Avropa Komissiyası koronavirus əleyhinə vaksinin öncədən sifarişi üzrə sayca altıncı müqaviləni imzalayıb.

AzərTAc xəbər verib ki, TASS informasiyanın, Avropa Komissiyasından olan mənbəsinin məlumatına görə, bu dəfə müqavilə “Moderna” kompaniyası ilə bağlanıb. Beləliklə, qurum vaksinin öncədən sifarişi üzrə portfelin formalaşdırılmasını başa çatdırıb.

Qurumun rəhbəri Ursula fon der Lyayenin yaxın vaxtlarda bu barədə rəsmi bəyanatla çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa Komissiyasının vaksinasiya strategiyasına “AstraZeneca”, “Sanofi – GSK”, “Johnson & Johnson”, “BioNTech – Pfizer”, “CureVac” və “Moderna” kimi qərb kompaniyaları ilə öncədən sifariş barədə müqavilələrin imzalanması daxildir. Əgər bütün həmin kompaniyalar öz vaksinlərini hazırlayıb bazara çıxara bilsə, Avropa İttifaqı ümumilikdə 2 milyard vaksin dozası əldə edəcək. Lakin hələlik onların istehsalının real imkanları və çatdırılma vaxtı qeyri-müəyyən olaraq qalır.

Sputnik V" vaksini Rusiyanın bölgələrinə göndərilib - Şafaqna Azərbaycanca

Rusiyada hazırlanan koronavirusa qarşı “Sputnik V” peyvəndinin qiyməti açıqlanıb.

Bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RDIF) məlumat verib. Məlumata görə, 1 doza vaksin dünya bazarına 10 dollardan az bir qiymətdə satışa çıxarılacaq.

“Pfizer”, “BioNTech” və “Moderna” şirkətləri tərəfindən hazırlanan peyvənd Rusiya vətəndaşları üçün ödənişsiz olacaq.

Qeyd olunub ki, “Sputnik V” 500 milyondan çox insana çatacaq miqdarda hazırlanıb.

Qeyd edək ki, Almaniyanın “BioNTech” firmasının həmtəsisçiləri, türk əsilli iki həkim cütlük Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin tərəfindən ixtira edilən potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanıb. Onlar 21 milyard dollar sərvətləri ilə Almaniyanın ən zəngin 93-cü cütlüyüdür.

Xəstəliyi yüngül formada keçirən şəxslərin 10 gündən sonra virusu başqa şəxslərə yoluxdurma ehtimalı yoxdur - AZƏRTAC Video – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərrux Sədirov

Bəs bu vaksinlər koronavirusun kökünü kəsəcəkmi?

İnfeksion xəstəliklər uzmanı Fərrux Sədirov “Yeni Müsavat” bildirib ki, bu haqda hansısa konkret fikir bildirmək hələ tezdir:

“Bu barədə konkret fikir bildirmək çətindir. Çünki hələ ki, vaksin cəmiyyətə tətbiq edilməyib. Vaksinin tətbiqi zamanı onun insanlara yan təsirləri ortaya çıxa bilər. Ona görə də vaksinin hazırlanması ilə bağlı bütün işlər tamamlandıqdan sonrakı 2 il ərzində də onun tətbiqinin nəticəsi araşdırılmalıdır. Yalnız bundan sonra konkret fikir söyləmək olar. Bəli, bu gün vaksinlər könüllülər üzərində sınaqdan keçirilir və onların bəzilərində artıq müsbət nəticə görünür. Lakin yan təsirləri ilə bağlı məlumatlı deyilik. Buna zaman lazımdır. Ancaq bu zaman da gözlənilmir.

Hazırda bizim yeganə xilas yolumuz qorunmaq, məsafə saxlamaqdır. Demək olmaz ki, hava isindikcə koronavirus yoxa çıxacaq. İstinin bu virusun yayılmasına təsiri yoxdur. Sadəcə olaraq, hava soyuyanda insanlar qapalı məkanlarda daha çox olurlar və havalandırma da zəif aparılır. Bunun nəticəsində yoluxmanın sayında artım müşahidə edirik. Qaydalara əməl etməklə koronavirusdan həm özümüzü, həm də yaxınlarımızı qoruya bilərik”.