Dünya çempionu koronavirusla mübarizə üçün pul toplamağa başladı- FOTO
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba “Instagram”dakı izləyiciləri arasında pul yığımına başlayıb.
“Report”un məlumatına görə, məqsəd koronavirusla mübarizədə UNICEF-ə dəstək olmaqdır.
Martın 15-də Poqbanın 27 yaşı tamamlanıb. Bu münasibətlə fransalı yarımmüdafiəçi bildirib ki, 27 000 funt sterlinq (30 000 ABŞ dolları) yığılan kimi məbləği ikiqat artıracaq: “Xoşbəxtəm ki, ailəm, dostlarım və özümün sağ-salamatıq. Amma heç də hamı sağlam deyil. Koronavirus pandemiyası çoxunun, o cümlədən, uşaqların həyatına təsir edir. Belə bir vaxtda biz birgə çalışmalıyıq”.
Qeyd edək ki, Pol Poqba Fransa millisinin üzvü kimi 2018-ci il dünya çempionatında qızıl medal qazanıb.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
